Xatirə Rəhimbəyli - MƏNİ
Gördün, ömrü boyu məni qandırb ,
Ömrün nağılında dörd dolandırıb ,
Elə it hürdürüb , işıq yandırıb ,
Divə ürcah etdi bu yollar məni...
Qatdılar başımı dərs oxumaqnan ,
Savab işlər görüb, günah yumaqnan ,
Demədilər, bir gün bir haqsız yoxnan,
Zalımlar qaya tək oyallar məni ..
Atıb ovcundakı bu xəzəlləri ,
Mənim də gül açar görən əllərim ?
Görən hayandasa görünər yerim ,
Görən mən deyən tək duyallar məni ?
Dartıb -daşısam da aranı dağa ,
Bir arzum salamat çıxmır sabaha !!!
ALLAH ,niyə rahat buraxmır daha ,
Bu yiyəsi ölmüş xəyallar məni...