Ustalar işlədikləri evdə öldülər

Gündəm 10:24 / 31.01.2023 Baxış sayı: 1524

Abşeron rayonu, Novxanı kəndində iki nəfər zəhərlənərək ölüb.

Yenisəs.az xəbər verir ki, Teymur Əliyev küçəsindəki tikilməkdə olan fərdi yaşayış evində usta işləyən 1960-cı il təvəllüdlü Yusibov Siyasət Mirzəağa oğlu, 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu və onlarla birlikdə həmin evdə yemək yemiş 1966-cı il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu ilkin ehtimala görə, dəm qazından və ya yedikləri qidalardan zəhərləniblər.

Nəticədə Kamil Alıyev hadisə yerində, Siyasət Yusibov isə xəstəxanaya aparılarkən yolda ölüb. Zamin Ağayev isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.