Təyyarə  Bakıya təcili eniş edib

Maraqli 08:54 / 31.03.2023 Baxış sayı: 1091

EL AL aviaşirkətinin Tokio - Tel-Əviv reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən  verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

"Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 21:51-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.(unikal)