Sədaqət Kərimova, əməkdar jurnalist    -  ZƏFƏRİN MÜBARƏK OLSUN, AZƏRBAYCAN!

MƏDƏNİYYƏT 18:20 / 09.11.2025 Baxış sayı: 2544

 

Bu gün təkcə qələbənin sevinci deyil, bir xalqın sınmaz ruhunun, haqq yolundakı əzminin təntənəsidir. 44 gün davam edən müharibə illərlə susan torpağın səsini, şəhid qanının haqqını, xalqın içində yanıb sönməyən azadlıq odunu dünyaya bir daha göstərdi.

Bu Zəfər tək silahla yox, həm də inamla, dua ilə, köksündə Vətən daşıyan milyonlarla ürəyin gücü ilə qazanıldı. O günlərdə hər bir ana duasında, hər bir əsgər addımında, hər bir uşaq baxışında Vətənə sevda vardı.

Bu gün biz təkcə torpaqlarımızın azad olunmasını deyil, həm də ruhumuzun bütövləşməsini qeyd edirik. Çünki torpaq yalnız azad olanda deyil, xalq bir olanda müqəddəs olur.

Qoy bu bayram hər birimizin yaddaşına yalnız Qələbə günü kimi yox, həm də Birlik və Mətinlik günü kimi yazılsın. Qoy o günlərdəki həmrəyliyimiz, əsgərlərimizin igidliyi, şəhidlərimizin əziz xatirəsi bizi daim ucaltsın. Bu torpağı qoruyan Tanrı, onu sevən xalqı da daim qorusun.

Zəfərin mübarək olsun, Azərbaycan!