Şakir Xanhüseyn : - 23 saat 43 dəqiqə

Ədəbiyyat 20:12 / 21.09.2023 Baxış sayı: 3128

23 saat 43 dəqiqə

olur ki, illər çəkir,

qərinələr ötür

--qoy-götür dünyasıdı--

çox uzanır bir addımlıq yol,

amma böyük bir işə

bəzən yetir bir neçə saat, dəqiqə,

hə...

olur ki, inanmırsan vaxtın

bunca ləngliyinə

və bir an kimi keçən həftələrə, aylara...

köhnəlir ümidlərə biçdiyin don da,

üstünə sel gəlir, daş yağır,

sən qarabağır...

bu qarğaşalar, qovğalar,

bir-birini qovmalar

bir andanmı asılı?

çıxırıq sanasan

arzu, həyat axtarışına

və bir qəfil zaman partlayışından

elə bil

sevinc fişəngləri zəfər tağlarını bəzəyir,

bax ha...

23 saat 43 dəqiqə

il boyunda, ay boyunda

bir nur gərdanlıq,

İşıq, Aydınlıq,

sevincli-göz yaşılı

xatirələr olacaq həm də...