Natiq Məmmədli : - " Elə olmalıdır ki, jurnalistin reputasiyası korlanmasın..."

HÜQUQ 10:51 / 09.04.2024 Baxış sayı: 1806

"Hər kəs sanki təhsil ekspertidir, hamı müəllimə müəllimlik edir, jurnalistə yazmaq öyrədir. Jurnalist müsahibin səsini nöqtə-vergülə qədər diktofondan yazır, axırda deyir ki, "fikrimi düzgün başa düşməyiblər". Nəticədə günahkar jurnalist olur. Buna görə də təhsil və media bir-biri ilə harmoniya təşkil edir. Lakin bu, elə olmalıdır ki, jurnalistin reputasiyası korlanmasın..."

Yenises.az Pravda.az -a  istinadla  xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktor müavini Natiq Məmmədli jurnalistlər üçün "Kvalifikasiyaların tanınması (Xarici kvalifikasiyalar, Qeyri-formal və informal təhsilin tanınması" mövzusunda keçirilən təlimdə deyib.

N.Məmmədli MEDİA tərəfindən həyata keçirilən "Media savadlılığı" lahiyəsinin əhəmiyyətindən də danışıb: "Layihə tam beynəlxalq təcrübəyə əsaslanır. Bilirsiniz, Azərbaycan elə bir coğrafiyada yerləşir ki, daim informasiya mühitini çirkləndirmək istəyən qüvvələr tapılır. Təsirə düşməmək üçün media savadlılığı yüksək olmalıdır. Bu sahədə ixtisaslaşmanın dərinləşməsi mühümdür. Bir gün təhsil, bir gün sosial, Silahlı Qüvvələrdən yazmaq özünü doğrultmur. Konkret biliklərə əsaslanmaq lazımdır.  Buna görə də layihə çərçivəsində dövlət orqanlarının rəsmilərinin, mütəxəssislərin birbaşa iştirakı ilə silsilə təlimlər keçiririk. Təhsildən yazan jurnalistlər üçün də belə bir tədbir təşkil edilib".