Kəlbəcərdə mülki təyinatlı obyektdə sursat anbarı aşkar olundu 

KRİMİNAL 20:25 / 21.09.2023 Baxış sayı: 2127

 

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.

Müdafiə Nazirliyindən Yenises.az-a verilən xəbərə görə, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.

Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.