İSMAYIL MƏRCANLI İMANZADƏ : - HALIYAM

Ədəbiyyat 09:43 / 29.03.2024 Baxış sayı: 2867

 

Yüyəninə əl atsam da hər anın,

Nə ürəyin səsin duydum, nə qanın.

Necə deyim qana həris dünyanın,

Hər səmtindən, hər izindən halıyam?

 

Əllərimdən çıxdı əli ömrümün,

Cavanlıqmış “gəlhagəli” ömrümün...

Qürub çağlı səksəkəli ömrümün,

Öynəsindən, pəhrizindən halıyam.

 

Halallıqdı söz mülkündən dərdiyim,

Qismətimmiş... özgəsinə verdiyim.

Düz otuz il qəriblikdə gördüyüm

Cəhənnəmin hər üzündən halıyam!..

27.03.2024