Həzi Həsənli : - İnsanların mərəzi nə?
Görürsən, biraz öndədi,
Dostların səndən gendədi,
Bəlkə suç elə səndədi,
Yoxsa, dostun qərəzi nə?!
Nə dərdi- sərin varıydı,
Bir dərdli şeirin varıydı,
Özgə nə xeyirin varıydı,
İçindəki tərəzinə?!
Ay Həzi, döymə döşünə,
Uyma dünyanın işinə,
Bu da dərd olar beşinə,
İnsanların mərəzi nə?!
28.03.2024