Fərhad Tapdıqoğlu : -Bir zamanlar....

Bir zamanlar kəndimizdə çovustanlar vardı qamışdan - qarğıdan .Bu çovustanlarda insanlar yaşayırdı...
Sonralar isə həmin yerdə barama qurdu bəslənirdi qarğıdan olan tərəcələrin üstündə...bir müddətdən sonra onlar "əl yerləri " oldu...o tərəcələr saxlanc yerinə çevrildi : üzüm,mer- meyvə ...yığılardı onların üstünə...
Kənd camaatı çalışardı
gecə - gündüz,bilməzdilər soyuq nə,isti nə ...
Çovustanların qarşısında olan ağacların üstündə dən üçün gələn sərçələr cikkildəşərdi...
ətrafda sağsağanlar uçar, qarğalar qarıldayardı...
Havada qıy vurardı qartallar,qıırğılar... O zamanlar yoxdu ağrılar,acılar,qırğınlar....
Heç bir kəs təsəvvür etməzdi belə ,vardır onlara qurulan qurğular...
Hamının evi vardı, ən azı iki mərtəbəli ,kürsülü...
Kənd camaatı bir - biri ilə çox mehribandı...tapa bilməzdin iki nəfər ki,ola bir - biri ilə küsülü....
Hər evdə yanardı mavi qaz...hər ailədə xoş əhval- ruhiyyə,xoş avaz,yaşardılar kefləri kök,canları saz....
Hər qapıda su quyusu,hər bir ailənin vardı hamamı,vardı ya minik ,ya da yük maşını....
El- oba yola verərdi elin toyunu ,yasını...
Bəli vardı çox xöşbəxt ,bəxtəvər zaman vardı...
.....Bu camaatı kim qarğıdı?...
Yandırdılar mənfirlar çovustanları da,evləri də,pəyələri,tövlələri də...hər şeyi ...
Hərə bir tərəfə səpələndi...
Şəhidlər verdik ,olanımızı itirdik...
Dərdlərimiz bir yerə cəmləndi,təpələndi... sonra dərd təpələrimiz dağa çevrildi,dağ oldu....Sinəmizə çəkilən Kirs,Murov boyda dağ oldu...
Amma hələ də sağıq.
Ölüm hökmü ləğv olunub,indi ömürlük həbsdəyik...hələ də nəticə çıxarmadığımız bir ağrılı- acılı dərsdəyək...
Yəqin yenə orada qıy vurur qartallar ,qırğılar..
Camaat öz evindən - eşiyindən ,kəndindən- kəsəyindən pərən- pərən-pərən düşəndən sonra onların ardınca sürüynən şəhərə gəldi qarğalar...
Yaddan çıxmır o dəhşət,o qırğınlar ...
Sağsağanlar görünmürlər ....Yəqin qalıblar o yerlərdə ....qalıblar ki,bizim qeyrətə gəlib işğalda olan o torpaqları azad edəcəyimiz günlərin xoş xəbərini gəlib bizə çatdırsınlar.....
05.02.2020
P.S. 07.11.2020 tarixində Ordumuz kəndimizi də işğaldan azad etdilər .
Şəhidlərimizə Allahdan rəhmət,qazilərimizə şəfa diləyirik.
Amma kəndimizdən xaraba qalmış ev yerləri qalıb.Nə su var,nə çay,nə ağaclar.( Sonradan bitən bir neçə ağacdan başqa)..
Camaat kənd qəbiristanlığını hər il kol- kosdan təmizləyirlər.
Tez- tez oraları ziyarət edirlər.
"Hay" lar həyat, bağ - bostan yerlərini şumlayıb taxıl əkirmişlər...indi isə tanımadığımız şirkətlər əkirlər..Kənd camaatı baxır...baxır...
Həmin o şirkəet qəbiristanlığın məzarlar olmayan ,boş hissəsini də şumlayıb...
.... Gözləyir camaat ,gözləyir...gözləyirlər ki,görəsən doğma kəndlərinəmi qayıdacaqlar ,ya Qarabağın başqa rayonlarına , başqa kəndlərinə ...
14.02.2025