Erməni bloqer İlham Əliyevdən xahiş etdi:

HÜQUQ 14:13 / 21.09.2023 Baxış sayı: 1095

Erməni bloqer Karen Şirinyan Azərbaycan prezidenti İlham Əliyevdən qanunsuz xuntanın bütün nümayəndələrini həbs etməyi xahiş edib.

Yenises.az xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb.

"Mən Azərbaycan liderindən yalnız bir şey istəyirəm: Qarabağın vecsiz "prezidenti” və "nazirləri” həbs edilsin, günahsız insanlara yol açılsın. Qarabağa vəba və xalqları məhv edənlər lazım deyil”, deyə Karen Şirinyan yazır./Qaynarinfo.az