Ehtiram  Ilham : -   BU QARA SEVDALAR...

Gündəm 12:51 / 20.04.2024 Baxış sayı: 943

 

Keçdi ömrümüzdən dar ağacıtək

Çəkdi ruhumuzu dara sevdalar.

Nə yeri göy sandıq, nə də göyü yer,

Hayandan yol aldı hara sevdalar?

 

Yox, şükür bu günə - ölməmişiksə,

Nahaqqa haqq deyib bilməmişiksə.

Bu fani aləmə gülməmişiksə,

Güləcək sərvətə-vara sevdalar.

 

Yalan kimi harda gətirdi dizə,

Sözü bir Eşq sanıb, Eşq dedi sözə.

Hələ Ehtiramla durub göz-gözə -

Bu qara sevdalar, qara sevdalar.

20.04.2023.