Əbülfət Mədətoğlu : - Ovudur

Ədəbiyyat 08:20 / 25.05.2023 Baxış sayı: 1331

 

Küsəyən uşaq təbimi

Yanaqdakı iz ovudur...

Ağrılar alır səbbimi -

Əl çırpdığım diz ovudur!

 

Bəyazlaşıb saçın dəni

Tündləşibdi gözün çəni!..

Unutdurub "məni" , "səni" -

"Biz"-ləşən o "biz!" ovudur!

 

Qopub daha qayadan sal,

Xərc yolunu mayadan sal!..

Gəl, həsrəti tayadan sal -

De, səni bu, qız ovudub!

Bütün reaksiyalar:

25Əlizadə Nuri, Şakir Xanhüseyn və başqa 23 nəfər