Əbülfət Mədətoğlu : - Həsrətin CİZGİLƏRİ...

Zaman - su dəyirmanı -
Həm yuyur, həm üyüdür...
Məni qəmlə isladır -
Sonra da nəm üyüdür...
Ağlımdan keçən fikir,
Zikir olunub, zikir !..
Sərçə də yuva tikir -
Orda bala böyüdür!..
Hər bir halım -"ah"-lıqdı,
Bəlkə də günahlıqdı!?
Həsrət də bir şahlıqdı -
Bir vüsalın köyüdür!
Ovcundakı xınamı? -
Göstərən son inamı!
Bu sevginin ənamı -
Hələ ki, səs - küyüdür!