Saqif Qaratorpaq : -  Getmək asan olmur...

Ədəbiyyat 10:16 / 25.08.2025 Baxış sayı: 2096

Getmək asan olmur,

gərək getməyə yol olsun,

dönməyə üz.

Getdinsə,içindən qırılır sevdiklərin,

saxsı küzə kimi,

sonra

nə qədər yamasan da su saxlamır...

Damır...

Gedənlər adamı itkilərə kökləyir...

Ürəyi qəm təkləyir,

bir ömür.

Getdiyin yollar

geri qaytarmır adamı,

Sən dost bilirsən,

düşmən çıxır amma.

Yavaş-yavaş çıxır axırına...

Getmək asan deyil,

ancaq

nə vaxt istəsən getməyə yol var,

gedəni saxlamaz yollar...