Şövkət , Zərin Horovlu -Səni
Ədəbiyyat
20:08 / 25.08.2025
Baxış sayı: 2139
Bəxtinin günəşi sandın
Üzümdən salmadım səni,
Gözümü yurd yeri seçdin
Gözümdən salmadım səni.
Xəyalına düşüb azdım
Şirin yuxu bilib yozdum.
Şəninə şeirlər yazdım,
Sözümdən salmadım, səni.
Yaxınsan ,ya uzağımsan,
Bəlkə sevgi günahımsan.
Bəlkə də gənclik çağımsan
İzimdən salmadım səni.
Mən də bu sayaq dəliydim,
Əsliydim ,ya da Leyliydim.
Səni əynimə geyindim
Özümdən salmadım sən.