Ağalar İDRİSOĞLU : - Qarabağın xilaskarı
jpg-1668064233.jpg)
(bədii, sənədli oçerk)
Tarixi Zəfər günümüzün iki illiyinə həsr edirəm
Müəllif
Ali Baş Komandan hərbi geyimdə Cıdır düzündə çox inamlı addımlarla gəzirdi. Burada onun uca boyu daha əzəmətli, daha məğrur görünürdü. Mən isə ekranda onun dərin, aydın fikirlər ifadə edən gözlərinə diqqətlə baxırdım. İlahi... Bu gözlərdə nələr yox idi... Bu gözlər çoxlu dərin fikirləri ifadə edirdi... Bu baxışlarda hansı tarixi hadisələr təsəvvür olunurdu...
... Hələ cavan yaşında atası, anası və Azərbaycanın məşhur ziyalıları ilə birlikdə, qarlı qış günündə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı günü...
Bir vaxtlar Paşinyanın çaxır içib, sərxoş vəziyyətdə Azərbaycan xalqına “yandı-yandı”, “yanğı” verərək, burada keçirilən şənlikdə, “qəhrəman” kimi “yallı getməsi”...
... Xüsusi təyinatlı əsgərlərimizin bu sıldırım qayalara quş kimi, ustalıqla qalxaraq, ermənilərin, ümumiyyətlə, dünya əhalisinin ağlına gəlməyən tərzdə Şuşaya daxil olması... Böyük inamla, əzmkarlıqla, igidliklə erməniləri qanlarına qəltan etməsi... Onları pərən-pərən salması... Erməni gavurlarının dabanlarına “tüpürərək” Xankəndinə, oradan da tez-tələsik maşınlara doluşaraq Kəlbəcər yolu ilə vay-şivənlə, dəhşətli qorxu ilə Ermənistana qaçması...
... Bir vaxtlar bu yerlərdə Pənah Əli xanın, İbrahimxəlil xanın, Mehdiqulu xan Cavanşirin böyük vuruşlarla Şuşanı, qarabağı qoruması, Xan qızı Natəvanın susuzluqdan əziyyət çəkən Şuşaya öz şəxsi pulu ilə dağlardan su kəməri çəkdirməsi, dahi Üzeyir bəyin bu yerlərdə gəzməsi... daha kimlərin... kimlərin həyatı, musiqi beşiyimiz olan Şuşanın çal-çağırlı günləri və nələr... nələr yada düşürdü... Bəli. Bütün bunlar Ali Baş Komandanın aydın, dərin mənalı fikirlər ifadə eləyən gözlərinin qarşısında kino lenti kimi canlanırdı... Canlanırdı...
Mən isə ekranda Ali Baş Komandanımıza baxdıqca, onun qalib kimi başını dik tutub, tarixi döyüşlərin, böyük el şənliklərinin, cıdır yarışlarının şahidi olan bu Cıdır düzündə böyük qürurla yeriməsinə bir Azərbaycan türkü kimi qibtə eləyirdim. Qürür hissi keçirirdim ki, xalqımızın belə bir Sərkərdəsi var. O, Sərkərdə bizim müasirimizdir. O, bu Qəhrəmanlığı bizim gözümüzün qarşısında 44 günlük Vətən müharibəsində edib. Bu 44 günün hər dəqiqəsi böyük faciə və qanlı, qadalı vuruşlar idi... Əgər biz həmin 44 günü dəqiqələrə bölsək, 63 min 360 dəqiqə eləyir. Özü də 44 gündə Ali Baş Komandanın rəhbərliyi ilə bir müharibə yox, iki müharibə aparılıb... Biri Qarabağda və bir də xarici ölklərin rəhbərləri və jurnalistləri ilə...
Böyük Sərkərdəmiz otuz ildən artıq həsrətində olduğumuz cənnətməkan yurdumuz, bir müsəlman kimi Məkkəmiz, Mədinəmiz, Kərbəlamızdan da bizə əziz olan Qarabağı geri qaytarıb. Qarabağın tacı olan Şuşa həsrətimizə son qoyub...
Ali Baş Komandan qürurla, qalib sərkərdə kimi, inamlı addımlarla hərəkət etdikcə yadıma onun cavanlıq illəri, 1982-ci il düşürdü...
Həmin vaxt xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu, memarı Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini təyin olunmuşdu. O zaman İlham Əliyev Moskvada təhsil alan azərbaycanlılarla görüşüb, özünün koordinatlarını verirdi ki, Moskvada onları kimsə incitsə, problemləri olsa məhz ona müraciət etsinlər və nə lazımsa köməklik eləyəcək. Həmin illərdə mən Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində təhsil alırdım. O da həmin vaxt dünya şöhrətli Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspirantı idi. Həmvətənlərimizə yaxşı, isti münasibətinə görə, elə həmin vaxtlar məndə ona qarşı böyük inam yaranmışdı. Həmin vaxt sevimli anası, xalqımızın dəyərli ziyalısı, xanımlar-xanımı, dünya şöhrətli akademik Zərifə xanım Əliyeva da Moskvadakı “Bakı” restoranında azərbaycanlı tələbələrlə görüşüb, üç saat onlara bir ağbirçək ana kimi öyüd-nəsihət vermişdi. Onlarla bir qismət çörək kəsmişdi.
Hətta sonralar İlham Əliyevin tələbəlik yoldaşı, bir vaxtlar Masallı rayon İcra Hakimiyyətinin başçısı işləyən Teymur Yəhyayev mənə danışmışdı ki, o, həm tələbə olduğu vaxt, həm aspiranturada oxuyanda və həm də Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi dərs deyəndə həmişə azərbaycanlı tələbələrə dəstək olurdu. Hamısına əlindən gələn köməkliklər eləyirdi. Deməli, Sərkərdəlik onun daxilində həmin vaxtlardan varmış.
... 2003-cü ildəki Prezident seçkiləri vaxtı qətiyyətlə demişdim və mətbuatda yazmışdım ki, belə vətənpərvər ailədə böyüyən övlad hökmən qanı və canı ilə xalqına, Vətəninə bağlı ola bilər və bağlıdır. Ona görə də İlham Əliyev prezident seçilməlidi. Məmləkətimizin xoş gələcəyini düşünənlər də hamısı onun prezident seçilməsi üçün çalışırdı. Beləliklə biz, fikrimizdə yanılmamışdıq. Çünki zaman bunu tam sübut elədi...
İlham Əliyev ölkədə ulu öndər Heydər Əliyevin başladığı işlərin sükanını böyük inamla əlinə aldı. Az bir vaxtda ölkədəki iqtisadi çətinlikləri dəf elədi... Azərbaycana çoxlu valyuta gəldi. Məmləkətimizin şəhərləri, rayonları, kəndləri yenidən qurulmağa başladı. Avropa standartlarına uyğun yolların çəkilişi, körpülərin tikilməsi qəlbimizi dağa döndərdi. Yaraşıqlı, geniş körpülər göz oxşadı. Həmin vaxtlar bəzi “ağzıgöyçəklər” deyirdilər ki, neftdən gələn pullar göyə sovrulur. Hətta onalara “züy tutan” naxələflər, nankorlar da tapılırdı...
Amma 44 günlük Vətən müharibəsi sübut etdi ki, həmin pullar ölkənin iqtisadiyyatının dirçəlməsinə, silah-sursat, hərbi texnikaların alınmasına, əsgərlərimizin qorxmaz igidlər kimi yetişməsində aparılan təlim- məşqlərinə, həmin qorxmaz igidləri peşəkar düyüşçü kimi yetişdirən xarici mütəxəssislərə xərclənirmiş. Deməli, bu pullar məhz böyük müharibəyə hazırlaşmaq üçün sərf olunurmuş. Bəli. Bizim çoxumuzun bundan xəbərimiz yox imiş. Xəbərimiz yox imiş ki, uzaqgörən siyasətçi, Ali Baş Komandan İlham Əliyev xalqımızı böyük savaşa, tarixi qələbəyə hazırlayırmış...
İndi, qələbədən sonra, Qarabağda böyük quruculuq işləri getdiyi vaxtda bütün bunlar bizə tam aydın olur. Hələ də bizə dəhşətli kinofilm kimi gələn 44 günlük Vətən müharibəsindən sonra bu aydınlığı hamımız böyük fərəh, sevinc hissi keçirməklə görürük və Qarabağın xilaskarına inamımız daha çox artır.
Faşist, vandal xislətli ermənilərdən viran qalan Qarabağın böyük sürətlə yenidən tikilməsi, dağların, qayaların arası ilə geniş, rahat yolların çəkilməsi, çayların üstündə elektrik stansiyalarının qurulması, beynəlxalq Hava limanlarının tikilməsi, dağların altından tunellərin çəkilməsi Qarabağın uğurlu gələcəyindən xəbər vermirmi?
... Mən Ali Baş Komandanımızın Cıdır düzündəki qürurlu addımlarını görəndə və özüm də 37 ildən sonra Sumqayıt Dostlar Klubundakı dostlarımla Şuşaya gedəndə, 1985-ci ildə orada dahi Üzeyir Hacıbəyovun 100 illik yubileyini keçirdiyimiz anlar, teatrlaşdırılmış tamaşaya quruluş verdiyim günlər yadıma düşdü... Mən də qalib xalqın övladı kimi, Cıdır düzündə qürurla gəzirdim. Və fikirləşirdim ki, 300 ildən sonra xalqımız Ali Baş Komandanımızın sayəsində bu tarixi qələbəni əldə edib. Belə dahi, ağıllı, igid Sərkərdənin ardınca getməyə dəyər. Qarabağın xilaskarı ilə qürur duymaq, fəxr eləmək olar.
... Sonra ekranda mən onu Qarabağdakı kiçik dağ çayının sahilində qurumuş bir ağacın üstündə oturan gördüm. O, gur axan dağ çayına baxaraq dərin fikirlərə qərq olmuşdu. Elə bil bu dağ çayında su gur axdıqca o, fikirləşirdi ki, Qarabağ müharibəsi başlayandan gör neçə min insanımız bu torpaq uğrunda şəhid olub... Bu ağac kimi quruyub, ömürlərini başa vurublar və bu qələbəmizi görə bilməyiblər...
Xalqımızın müstəqillik qazandığı 31 ildə apardığı qanlı müharibələri, şəhidlərimizin, qazilərimizin, qaçqın və köçkünlərimizin acılı, ağrılı həyatını xatırlayaraq qəlbinin dərinliyindən sızıltılı ağrılar, nisgillər, daha nələr, nələr yada düşür və Ali Baş Komandanın gözlərinin qarşısında axan həmin dağ çayı kimi axıb keçirdi...
1987-93-cü illərdə Azərbaycana rəhbərlik edənlərin millətimizin qanı bahasına başa gələn səhvlərini, acı taleyini düşünürdü: “Əgər belə kobud səhvlər olmasaydı, xalqımız bu qədər zülmlərə məruz qalmazdı. Çoxlu sayda soydaşlarımız şəhid olmazdı. Azərbaycan bir məmləkət kimi dağılmaq qorxusunda qalmazdı. Yaxşı ki, Böyük Tanrı ulu öndər Heydər Əliyevi xilaskar kimi bu xalqa göndərdi”...
... Ulu öndər Heydər Əliyevin dəfni vaxtı Ali Baş Komandanımızın Fəxri xiyabana doğru addımladıqca onun gözlərindəki dərd, nisgil yadıma düşdü... O, ağlayırdı... Həyatının qalan hissəsini xalqına bağışlayaraq, onun istiqlalı yolunda şam kimi əridən əfsanəvi, dahi şəxsiyyətin, Ulu Öndərin cismani yoxluğuna ağlayırdı... Onunla birlikdə ekran qarşısında əyləşən həmvətənlərimiz də bu ağır itkiyə ağlayırdı... Hamını bir sual düşündürürdü: “Bundan sonra taleyimiz necə olacaq? Azərbaycan adlı məmləkəti yağı düşmənlərimiz doğrudanmı parçalayıb Yer üzündən siləcəklər?”..
Amma Fəxri Xiyabana gedən izdihamın qabağında, ön cərgədə addımlayan Ali Baş Komandanımızın qətiyyətli addımlarında mən bir şeyi duyur, hiss edirdim. O, bu yerişiylə deyirdi: “Sənin ruhun qarşısında and içirəm, ey əziz, mehriban atam. Mən hökmən sənin başladığın uğurlu, müqəddəs yolu lazım olan kimi,uğurla davam etdirib xalqımıza xoş, firavan günlər bəxş edəcəm. Qarabağ oyununa da hökmən son qoyub torpaqlarımızı nəyin bahasına olursa-olsun geri qaytaracam! Sən deyən kimi, hər şeyin zamana ehtiyacı var. Həmin zaman da hökmən gələcək. Tezliklə gələcək”. Həmin vaxt bu görüntü mənə Şah İsmayılın öz atası Şeyx Heydərin Tabasaranın Tinit kəndindəki qəbrinin yanında and içdiyi səhnəni xatırladırdı... On dörd yaşlı Şah İsmayıl da orada, atasının qəbri üstündə and içəndən sonra parça-parça olunmuş Azərbaycan torpaqlarını birləşdirdi... Deməli, Ali Baş Komandanımızın da ali məqsədi düşmənlərimizin əsarətində inildəyən torpaqlarımızı birləşdirməkdi. Altımız milyonluq Bütöv Azərbaycandır. Mən buna inanıram. Onun gözləri, apardığı siyasət, atdığı qəti addımlar, dəmir yumruğu da bunu deyir. Bu tarixi gün də tezliklə olacaq...
Ali Baş Komandan gur dağ çayına baxdıqca yəqin fikirləşirdi ki, atasının - dahi rəhbərimizin, müasir Azərbaycanın qurucusunun ruhu artıq şaddır. Sevinir ki, canı, qanı, həyatı qədər sevdiyi Qarabağ azad olub, burada böyük quruculuq işləri aparılır...
Bəli, atasına layiq övlad olmaq, onun arzularını reallaşdırmaq, bax, bu, əsl hünərdir. Böyük fəxarətdir.
...Yenidən ekranda, Kəlbəcərdə çox böyük, əzəmətli bir “Komando” adlı müasir silahlar və texnika ilə təchiz olunmuş diviziyanın binalarının, hərbi hissələrinin və Füzulidə müasir silahlarla təchiz olunmuş, Avropa standartlarına uyğun binaları olan polkun Ali Baş Komandan tərəfindən açıldığı mərasimləri görürəm... Belə bir diviziya Hadrutda da açılıb. Belə müasir hərbi hissələr hələ çox olacaq Qarabağda. Bu səhnələrə baxdıqca böyük qürur hissi keçirirəm. Bir daha inanıram ki, erməni gavurlar daha heç vaxt bizim torpaqlara hücum edə bilməzlər. Əgər hücum etmək fikrinə düşsələr, şanlı ordumuz ən qısa müddətə üç rəngli bayrağımızı, dədə-baba yurdumuz olan İrəvana sancacaqlar. Bunu bədnam qonşularımız da artıq başa düşüb, olmayan ağılları ilə dərk eləyirlər...
... Sonra ekranda Kəlbəcərin əzəmətli dağlarının necə yarıldığını, həmin dağların altı ilə magistiral və dəmir yollarının keçəcəyi tunelləri görürəm. Bu yollar bizi dünyaca məşhur İstu su müalicəvi sanatoriyasına aparır. Bütün bunlar da Ali Baş Komandanımızın ideyası ilə reallaşır. Ürəyim dağa dönür. Sevinirəm ki, artıq tezliklə dünyanın hər yerindən bura turistlər istirahət etməyə, müalicə olunmağa gələcək, cənnətməkan yurdumuz ilə tanış olacaqlar. Bu dağlardan, Kəlbəcər yurdundan nadir tapılan qiymətli metallar beynəlxalq bazara çıxarılacaq və çox baha qiymətə satılacaq. Torpağının üstü kimi, altı da böyük sərvət olan cənnətməkan Qarabağ yurdumuzdan xalqımıza xoş güzəran bəxş ediləcək. Azərbaycan tezliklə dünyanın ən varlı məmləkətlərindən biri olacaq. Əhalimiz firavan, şad-xürrəm yaşayacaq. Bir vaxtlar, eləcə də 1987-93-cü illərdə ailələrini dolandırmaq üçün pul qazanmaq məqsədi ilə xarici ölkələrə üz tutan həmvətənlərimiz də tezliklə geri qayıdacaqlar. Baxımsızlıq ucbatından viranə qalan doğma ata ocağını təmir edərək, buranın işığını yandıracaqlar. Bəli. Həmin gələcək xoş günlər heç də uzaqda deyil...
Məhz bu ümidlə xalqımız bir dəmir yumruq kimi Vətən müharibəsində ölkə rəhbərinin, Sərkərdəmizin ətrafında sıx birləşdi. Ona, onun dəmir yumruğuna çox inandı. Ali Baş Komandan 44 gündə iki müharibə apardı. Qarabağda düşmənlərlə və eyni zamanda, aparıcı xarici ölkələrin qərəzli rəhbərləri, jurnalistləri, siyasi icmalçıları ilə. Hər iki müharibə çox çətin idi. Birinici müharibədə onun rəhbərliyi ilə güc, texnika, əsgərlərin mərdliyi, qorxmazlığı, komandirlərin düzgün plan qurması idisə, ikinci müharibə daha çətin olan, böyük ağıl, səbr tələb eləyən informasiya müharibəsi idi. Burada da Ali Baş Kimandanın iti beyini, dərin zəkası, uzaqgörən siyasəti, səbri, dözümü qalib gəldi. Bununla da, Qarabağın və bütövlükdə məmləkətimizin xilaskarı kimi İlham Əliyevə xalqın inamı, sevgisi daha da artdı...
Xalqımız həm də ona sevindi ki, 44 günlük Vətən müharibəsində bir azərbaycanlı əsgər belə fərari olmadı, hər kəs cəsarətlə, igidliklə, mərdanəliklə vuruşdu. Məgər bundan da böyük fəxarət, qürur hissi olarmı?Bir daha inandıq ki, biz, Babəklərin, Koroğluların, Şah İsmayılların, Nadir şahların, Nəbilərin nəslindənik. Amma özünə çox inanan və hər yerdə qürrələnən erməni faşistlərinin on mindən çox fərarisi, Vətən xaini oldu...
Qələbəmizi məhz öz ağlı, düşüncəsi, böyük ideyası ilə öndə gedən Ali Baş Komandanımızın, Sərkərdəmizin və igid əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin və xalqımızın birliyi sayəsində qazandıq.
Bu vaxt bir daha ulu öndər Heydər Əliyevin dediyi bu məşhur kəlam yadıma düşdü: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Bəli, mən buna varlığım qədər inanıram və qətiyyətlə əminəm ki, xalqımız Ali Baş Komandanımızın rəhbərliyi ilə yaxın gələcəkdə daha çox uğurlara imza atacaq, dünya xalqları arasında böyük nüfuza malik olacaq, cənnətməkan yurdumuz Azərbaycanda sonsuz sevinc, qürur hissi ilə yaşayacağıq.
Cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev isə dünya tarixində əbədi Qarabağın xilaskarı kimi qalacaqdır.
İllər keçəndən sonra yeni nəsillər tarixi vərəqlədikcə adı türk əsilli sərkərdələr sırasında olan, apardığı 44 günlük Vətən müharibəsinin sirrləri dünya hərb elminə, dərsliklərə düşən müzəffər Ali Baş Komandanın həyat və fəaliyyətini, Qarabağı otuz iki ildən sonra xalqımıza necə qaytarmasını sevə-sevə, maraqla oxuyacaqlar, öyrənəcəklər!
Artıq başını dik tut, Azərbaycan xalqı. Sən Ali Baş Komandanının dəmir yumruğu və özünün milli birliyinlə Qalibsən. Sən Qalib xalq kimi öz sözünü dünya xalqları arasında deyibsən və dünya tarixinə yazıbsan. Zəfər bayramın mübarək mənim əziz, igid, məğrur Xalqım!
Sumqayıt şəhəri,
8 noyabr 2022-ci il





