Şakir Xanhüseyn : - qaldır ayaq üstə Əli Kərimi;

ey Göyçayda tənha şair məzarı,
qaldır ayaq üstə Əli Kərimi;
necə görürəmsə,
qaldır o sayaq,
hər kəlmədə, sözdə Əli Kərimi...
əsl söz ünvanlı şair məzarı;
bax diri, diricə Əli sözünə...
bəzən ürəyimdən bir nida qopur:
-o böyük şairin yürü sözünə;
bir yox, beş dəfə yox, həmişə yürü,
sürətdə, cürətdə sabitqədəm ol.
sözü hədəfləyib söz aşiqləri
bir məzar üstünə hey çəkərlər yol...