Ağaevli Əli Hacı : - Sevgimizə...

Ədəbiyyat 14:25 / 01.12.2023 Baxış sayı: 2119

Sən havadan,mən qurudan

Çəkək eşqi içimizə !

Verək eşqi daş üstündə

O,oturan sevgimizə !

 

Körpü qurulsun yolların,

Durulsun bu su yolların !

Körpən yarısın,yolları

geyək hər gün əynimizə !

 

Əli boşuna oynayan,

Ağ eləmə,yanım dayan !

Haqqdan tutulubdu mayan,

Haqqdan su ver dinimizə !

 

İsti tutaq yerimizi,

Ocaq edək evimizi !

Uca tutub işimizi,

Ayaq ataq ölçümüzə !

 

Ölümdü də gəlir,gəlsin

Adam necə olur,görsün !

Onun da anası ölsün,

Onu da qoş köçümüzə !

 

Sən havadan,mən qurudan

Çəkək eşqi içimizə !

Verək eşqi daş üstündə

O,oturan sevgimizə !