Adil Şirin : - ADA

Hardasa bir ada var,
Adada bir quru ağac.
Ağacda bir quş yuvasi,
Uçaq, könlüm, qanad aç.
Hardasa bir ada var,
Adada bir yalquzaq.
İndi Ay çıxıb orda
Ay yaxin, ada uzaq.
Hardasa bir ada var,
Adada bir kor şeytan.
Orda acı rüzgar əsir,
Burda bağrım başı qan.
Hardasa bir ada var,
Adada bir bəyaz mələk.
Adaya gedən yolu
Bağlayib zalım fələk...