Sevil Azadqızı - Gözləyir hələ ki, zülmət içində...
"Bəzən ən böyük qorxu yolu azmaq deyil, o yolda arzuların vaxtsız xəzana dönməsini izləməkdir..."
Gözləyir hələ ki, zülmət içində,
Bir işıq zərrəsi, bir təmiz nəfəs.
Görəsən vardırmı bir ümid yeri,
Yoxsa hədərədi bu eşq, bu həvəs?
Orda daş ürəklər yumşalıbmı heç,
Bəlkə könüllərdə qış havası var?
Zaman karvanından geri qalıb köç,
Donub yarı yolda, tutub şaxta, qar.
Qorxuram vədəsiz qanadım sınar,
Göyün min bir rəngi gözümdə sönər.
Bir qərib yolçuyam, azaram yolu,
Solar arzularım xəzana dönər.
Nə deyim, bu dərdi çəkməyə güc yox,
Zaman göz önündən süzülüb axır.
Buludtək dolmuşam, nəmli gözlərim,
Yollara dikilib intizar baxır.
24.11.2026