Səhər Ətri : - Düşəsən

Ədəbiyyat 06:31 / 28.11.2023 Baxış sayı: 3160

 

Üzümü etmədin ağ bu sevgidə,

Görüm eşqə üzüqara düşəsən.

Çəkə öz dibinə ayrılıq səni,

Bir əl uzanmaya, dara düşəsən.

 

Arzum bu, sevincin doğula yaşda,

Nağılın dönməyə noğula yaşda,

Hər gecə gözlərin boğula yaşda,

Hər səhər gözündən qora düşəsən...

 

Nəyin var ovucunda bitə, dönəsən,

Nəfəsin adıma yetə, dönəsən.

Yenə məndən ötrü itə dönəsən,

Məndən ötrü ora-bura düşəsən...

25.11.2023