Sabir Zəkullaoğlu - Artıq milli kimliyimizə qayıtmışıq.
Bəşər yaranandan həmişə qanlı müharibələr olub, güclülər zəifləri əzib, əlindəkinə sahib çıxıblar. Ölkələr viran olub, kişiləri öldürüb, qadınları əsr götürüblər. Sağ qalanlara olmazın əzabını, işgəncəsini veriblər.
Çünki həyatın düsturu bu. Güclüsınsə Tanrı da sənin yanındadır. Yəni, Yaradan özü belə istəyir. Qoyun qurdun halalıdır.
Azərbaycan da zaman-zaman işğala məruz qalan ölkələrdəndir. Və təbii ki heç bir işğal izsiz ötüşməyib.
Antropoloji baxımdan xırda bir araşdırma aparsaq görərik ki, birimiz monqola, birimiz özbəyə, birimiz ərəbə, birimiz də rusa oxçayırıq.
Bəlkə elə buna görə də özümüzə-milli kimliyimizə qayıda bilmirik.
Ancaq bu da dərd deyil. Çünki bu kimi hallar bütün millətlərin tarixində var.
Amma və lakin, heç bir millətin tarixində Stalin kimi şərəfsiz ikinci bir işğalçıya rast gəlmək mümkün deyil ki, gəlib milləti işğal etsin, malını, mülkünü, bütövlükdə sərvətini talayıb aparsın. Millətini sürgünlərə, ölümə məhkum etsin. Bütün bunlar azmış kimi millətin adını, milli kimliyini dəyişsin.
Yəni bu coğrafiyada yaşayan türklərin milli-türk kimliyini dəyişib, azərbaycanlı adlandırsın.
Bu hal dünya tarixində anoloqu olmayan bir hadisədir.
Stalindən daha dəhşətlisi ərəb işğalıdır. Ərəblər də başqa işğalçılar kimi Azərbaycanı işğal etdikdən sonra, kişiləri qətlə yetirib, qadınları əsr apardılar. Yerli hakimiyyətdə öz "Palyaniçkolarını" yerləşdirdilər. Hansı ki, o "Polyaniçkoların" qəbri sonradan bizim ziyarətgahımıza, ocaq, pir, and yerimizə çevrildilər.
Bu işğal daha dəhşətli bir işğal oldu.
Təkcə torpaqlarımız yox, beyinlərimiz də işğal olundu. Üstündən min ildən artıq vaxt keçsə də hələ də o işğaldan azad ola bilməmişik.
Ərəb işğalı o qədər iyrəncliklərlə həyata keçirildi ki, hətta millətin kişilərinin sünnətinə qədər təcavüz etməyi özlərinə layiq bildilər.
Təsəvvür edin, bu işğalın üstündən neçə yüz illər ötsə də, tibb elmində, təbabətdə heç bir tibbi göstərişə ehtiyac olmadığı bir təqdirdə, həkimlər bu sünnət təcavüzünü sevə-sevə həyata keçirməkdə davam edirlər.
Yəni ərəbin axıtdığı qan hələ də dayanmayıb.
Tarixə ekskursiya etsək görərik ki, müəyyən çətinliklərimiz olsa da, biz nisbətən bəxti gətirmiş nəsilik.
Belə ki, bizim zamanımızda torpaqlarımız son iki yüz ildə heç vaxt olmamış kimi, itirilmiş torpaqları geri ala bilmişik.
Artıq milli kimliyimizə qayıtmışıq.
Təbii ki, bütün bunlara görə şəhidlərimizə rəhmət, qazilərimizə və Baş Komutanımıza can sağlığı arzulamaqla, özümüzə tarixdən nəticə çıxarıb, bir daha silkələnib, toparlanmağı arzu edirəm.