İtirdim - Kamala Abiyeva Aydın Qızı

Ədəbiyyat 10:48 / 26.11.2026 Baxış sayı: 646

 

Xoşbəxtlik, mən səni tapa bilmədim,

Elə həsrət qoydun özünə məni.

Yatmış gözəl oldun, öpə bilmədim,

oyada bilmədim yuxudan səni.

 

Təpəgözlər səni tilsimə saldı,

Daşlara döndərdi, saçından asdı.

Divlərin önündə çarəsiz qaldım,

Neçəsi, neçəsi yolumu kəsdi.

 

Sehrli çubuğum olmadı mənim,

nə də ki, qılıncım, qurtaram səni.

Qovuşa bilmədim, bilmədim sənə,

gedər-gəlməzlərdə itirdim səni.