Bəhram Bilaloğlu - Elə ömür yaşa ki...

Ədəbiyyat 08:53 / 26.11.2026 Baxış sayı: 1761

Elə ömür yaşa ki,

Həyatın ibrət olsun.

Dərs alan şagirdlərin

İzindən beyət alsın.

 

Səhvlə düzün fərqini

Görəndə anlasınlar.

Səhv ömür sürənləri

Ərkyana danlasınlar.

 

İzində gül qoxusun,

Desinlər sənə əhsən.

Gözəl tərbiyə verdin,

Bir ömür oldu vətən.

 

Özündən qüvvətlisin,

Güclünü gəzmə bir də.

Kamil ol ki, həyatda

Məzlumu əzmə bir də.

 

Eyni qapı gözləyir,

Gözləyənlər başqadır.

Nəfsimiz itilənir,

Fani dünya baş qatır.

 

Həyat sığortasızdır,

Mülk də Allaha məxsus.

Sənə qalan əməldir,

Şükr elə, demə əfsus.