Fərhad Tapdıqoğlu - Səni olduğun kimi qəbul edib...
Düşüncələr
Səni olduğun kimi qəbul edib,dəyərləndirən xoş auralı insanla ünsiyyətdə olmaq xöşbəxtlikdir.
=
Özünün səhv,yalnış hərəkətlərini heç vaxt etiraf etməyən ,özünü həmişə haqlı hesab edənlərdən uzaq durmaq lazımdır.
=
Bəzilərinin qarşısında susmağın onlarla razılaşmağın demək deyil,onları başa salmağın mümkünsüz olduğunu anlamağındır.
=
Sənin zəif cəhətlərini bilib,başqaları ilə onu müzakirə etməyənləri yaxşı yoldaş hesab etmək olar.
=
Axmaq insanlar hamı ilə ,ağıllı insanlar ağılılarla mübahisə edər.
Müdrik insanlar isə heç kimlə mübahisə etməz.
=
Var gözəl əməllərinə görə hər zaman alqışlananlar...
Bir də var,"alqışlayın " deyəndən sonra alqışlananlar ...
=
Məhv etdiklərimiz yetişdirdiklərimizi ,yaşatdıqlarımızı üstələyirsə ,artıq fəlakət başlayıb...