İBRAHİM YUSİFOĞLU : -  Naxçıvan  ünvanlı ŞEİRLƏR

Ədəbiyyat 08:38 / 01.02.2024 Baxış sayı: 54213

vvv

 

 

NAXÇIVAN-MR-100

 

BÜTÜN İSTƏYİNƏ ÇATIB NAXÇIVAN

 

 

Bu gün Yer kürəsi öz məhvərində,

Ulu bir diyarla öyünür hər an.

Dünyanm döyünən düz ürəyində,

Özünə yer tutub, durur Naxçıvan.

 

Tanrıdan pay gələn sərvət-varı var,

Tükənməz qoynunda gövhəri-zəri

Boyca kiçik olan müqəddəs torpaq,

Bəxş edib cahana böyük Heydəri.

 

Elə o dühayla ən ağır anda,

Zamanla üz-üzə durdu Naxçıvan.

O Ulu Öndərin qayğılarıyla,

Yeni günlərini qurdu Naxçıvan!

 

Qəlblər ovsunlayır torpağı, daşı,

Şəfəqə bələnir doğulanda dan.

Çox qədim olsa da, tarixdə yaşı,

Gənclik libasını geyib Naxçıvan!

 

Şərqin qapısıdı, Nuhun yurdudu,

Nəsillər yaşayır «Gəmiqaya»da.

Məğrur «Əlincə»di, qalib ordudu,

Sədərək sınmadı düşmənə, yada.

 

Mənim Naxçıvanım Odlar Yurdunun,

Qeyrət qalasıdı, ər balasıdı.

Günəş qürub çağı büsbütün onun

Çöhrəsi Şahbuzun dağ lalasıdı.

 

 

 

Bol nemət yetirən varlı elləri,

Kəhraba üzümlü, heyva, narlıdı.

Sevinc təknəsidi gələn illəri,

Ordubad bəhrəli, Şərur barlıdı.

 

Qoynunda çağlayan «Qızlar bulağı»,

Sevən ürəklərə məhəbbət ələr.

«Sirab», «Badamlı»tək əvəzsiz varı

Çoxları dərdinin dərmanı bilər.

 

Memar Əcəminin gənc nəvələri,

Tikirlər, qururlar, gözəlləşibdi.

Müstəqil günündən ta üzü bəri,

Gözəl məmləkətə bərabər -- birdi.

 

Ay kimi nur saçar, ulduztək yanar,

Çiçək dənizidi qoynunda hər yan.

Onu hər kim görsə bəxtəvər sanar,

Bütün istəyinə çatıb Naxçıvan.

 

 

 

NAXÇIVANAM

 

Naxçıvanam!

Yarandığım əzəl gündən,

Odlar Yurdu Azərbaycan olmuş anam!

Sinə gərib düşmənlərin od püskürən davasına,

Vüqarımı məlhəm qoydum igidlərin yarasına!

Sinəm üstə əsirlərin silinməyən izləri var

-Əcəmidən abidələr qucağımda var yadigar.

Xan Arazım, Arpaçayım dastanıdır aşıqların,

Tükənməyən duz dağlarım nemətidir bu diyarın.

Söz açıblar "Sirab"ımdan, "Badamlı”mdan

çox varımdan.

Övladlarım gileylənməz boranımdan,

baharımdan!

Göz gəzdirib hər fəsildə dağlarıma salsan nəzər,

Görəcəksən  “Gözəl” kəklik daşdan-daşa

necə səkər.

Bağlarında nələr yoxdur –

sarı limon, heyva çoxdur,

Yaylağımda sərin bulaq, min naxışh,

çəmənim var,

Novruz günü dost-tanışa paylamağa

səmənim var!

Oğlum-qızım sular çəkib Xan Arazdan

"Böyük Düz"ə,

Balalarım can atır ki, yollar boyu çinar düzə.

Arpaçayı! - gizlətmirəm, incimişdim

mən də ondan,

Ancaq gördüm günahsızdır, uzaqdır o,

nahaq qandan.

Böhtanlamış zaman onu,

Bulandırmış saf suyunu!

Dözəmmədi böhtanlara - coşdu, daşdı,

başımıza oyun açdı.

Minhünərlə çay üstündə quruldu bənd,

Dəyışib öz simasını Şərurum da

neçə oba, neço də kənd,

Naxçıvanam - yağı düşmən torpağıma

çox batırıb dişlərini,

Övladlarım  kəsibdilər yağıların

Damardakı quduzlaşan şişlərini!

...Müstəqillik günəşidir, üzərimə nur çiləyən,

mən gözəllik məskəniyəm!

Övladlarım xoş nəğməli, azad səsli,

Qucağımda bəsləyirəm gələcəyə gələn nəsli!..

 

 

ŞƏRURUN

 

 

Dədə   Qorqud   gəzən  Oğuz elimdi.

Uludu  torpağı,  daşı  Şərurun.

Dili  Türkün  dili_ ana  dilimdi,

Qədimdən _ qədimdi  yaşı  Şərurun.

 

Burda   arxalanıb  dağlara  dağlar,

Dərın  dərələrdə  çayları çağlar.

Torpağı  göynəsə göyləri  ağlar,

Arpaçay  sayılır  qaşı  Şərurun.

 

Tanrı    özü  bilən  dərd göndəribdi,

Neçə  fəlakəti  sərt  göndəribdi,

Nanərdin  önünə  mərd  göndəribdi,

Bəlalar  çəkibdi  başı  Şərurun.

 

Ürək  ovsunludu  baharı,  yayı,

Mavi   səmasında  Ulduzu,  Ayı.

Yoxsa da  sərvətdə   payızın  tayı,

Zərgər  naxışlıdı  qışı     Şərurun.

 

Gəzdikgə  görərsən  barlı  düzləri.

Zəhmətlə  nurlanan  gülər  üzləri.

Tanrı  yaradandan  ta  üzü   bəri,

Yeyilir  ellərdə  aşı Şərurun.

 

Yeraltı,  yerüstü  varı  tükənməz,

Zirvədən  qartalı ,  qarı  tükənməz ,

Çiçəyin  üstündən  arı  tükənməz ,

Ətrindən  tanınır  balı  Şərurun.

 

Min  büsat  qurulur hər  bucağnda,

Güllər  ətir  saçır tər  qucağnda,

Ömrünün  gəncləşən  səhər cağında,

Qəlblər  ovsunlayır   halı  Şərurun,

 

Dədə  Qorqud  gəzən  Oğuz  elidi,

Dili  ana dili  _ türkün  dilidi.

Məğrur  Naxçıvanın  d u r n a   telidi,

Qədimdi,  uludu  yaşı  Şərurun.