Fərhad Tapdıqoğlu : - Yol

(hekayə)
Evindən çıxdı,yol aldı doğma kəndinə...Kəndləri rayon mərkəzinə yaxın idi. Piyada yol getməyi xoşlayırdı xanım.Yol da ki, düz yol,asfalt yol dörd yol-a qədər...Bir nəfər də ona qoşuldu.Bir yerdə yol aldılar,yol-landılar...
Qadın ona qoşulan yol yol-daşına dedi:
-- İşdə rəis mənnən yol-a getmir,məni yol-a vermir.
Amma mən hamıynan yol-a gedən adamam...
Yol yol-daşı dedi:
-- Dil tapasan gərək.Amma məni işdə yol-a verirlər.Təbii ki,mənim rəisimin öz " kruqu" ,öz yol-daşları var və olmalıdır da.lakın biznən yol-laşır.
Bilirsən hərənin öz iş prinsipi,öz yol-u var.Sizin rəisin rəhbər kimi öz yol-u var,bizim rəisin öz yol-u...
Bir az gedək yol-da sənə bir yol-daşdan danışacam...
...İkinci yol-daş yol-da ayaq saxlayıb, söhbətinə davam elədi:
---O günü qonşu, marketdən gələndə başqa bir qonşu onun qabağını kəsib deyir ki,bəs "bilirsən ,filankəsin qızı pis yol-dadır."
Qonşum davam elədi:
--Dedim ki,özünün seçdiyi yol-dur ,özü bilər.
Qonşunun uşağı ilə bizim uşaq yol-a getməyib ,dalaşıblar.Qonşu arvad məni yol-da tutub deyir ki, " oğluna denə ,mənim oğlumun yol-undan çəkilişin"
Mən dedim: " Qoy sənin oğlun mənim oğlumun yol-undan çəkilsın." Sporraşdıq"...İstədim əl atam onun pırpız saçlarını yol-ub,yıxam yol-a."
" Lənət şeytana " deyib ,öz yol-uma davam elədim...
...Birinci qadın dedi: "Gəl gedək,yol-çu yol-da gərək".
Söhbət uzun yol-u qısaltdı.Dörd yol-da yol yol-daşı olan xanımlar sağollaşıb ,ayrıldılar...
... Daş yol,ardınca torpaq yol gedib kəndə çıxırdı.
Birinci xanım ,yol-una davam edərək ,gəlib kəndə bacısı gilə çatdı.
Görüşdülər,öpüşdülər...
Kənddə yaşayan bacısı beçə xoruzun birini tutub, qonşunun uşağına kəsdirib,yol-mağa başladı.
Şəhərdən gələn bacı yol yol-daşı olan xanımdan bacısına danışdı...
Kənddəki bacısı isə bir az öncə televizorda baxdığı "Yol əhvalatı" kinosundan söhbət açdı...
Şəhərdən gələn bacı İsmayıl Şıxlının "Ayrılan yol-lar" romanını dünən axşam bir daha oxuyub qurtardığını dedi,sonra kənddə məktəbə getdiyi yol-ları xatırladı...Riyaziyyatı yaxşı bildiyindən məsələləri qısa yol-la həll ediərdi. Həmişə bir yerə gedəndə uzun yol-la deyil, özünə kəsə yol seçib gedərdi.
Bacılar mehriban bacı olublar.
Amma kənddə bir ailə vardı.Böyük bacı kiçiyinə "ot yol-dururdu"...
Ancaq bu bacılar kövşəndən süpürgə,çalğu üçün şaxlar, yovşan kolları yol-ardılar...
Kənddə yaşayan bacı dedi:
--Allah hər kəsin yol-unu açıq eləsin.Yol gəlmisən bir az dincini al,samovar qaynasın,dəmləyib ,sənə çay süzəcəm.Beçəni də indi yol-um qutarım,qızardım,yeyərsən.
Şəhərdən gələn bacı birdən pıqqıldadı.Kənddə yaşayan bacı gülməyinin səbəbini soruşdu.
--Heç,sən beçəni yol-anda yadıma Feyzbukda oxuduğum bir yumor düşdü...Müəllif yazır:
" Toydan bir neçə ay keçəndən sonra qayınana ilə gəlin " saç-yol-duya" çıxdıqları zaman səslənən mahnı:
"A yol-du, yol-du, yol-du...
Görək kim- kimi yol-du"..."
Kənddəki bacı da gülümsədi.
Bu da oldu şəhərdə yaşayan bacının kəndə getməsindən bir kiçik hekayət.
...Vallah yol-du da,uzanıb gedir.Qovuşan yol-lar da var,ayrılan yol-lar da, qovuşub sonra ayrılan yol-lar da... Nəbi Xəzri demiş,"Nə gözəl qovuşur yol- lara yol- lar". Hələlik uzanıb gedir yol-lar...hələlik ...