Ferhad Meherremov:- Atdı

· 

YAZARLAR 13:46 / 13.12.2024 Baxış sayı: 4194

 

                                                                                    (hekayə)

Barat kişi pəyədə bağladığı cöngənin qabağına bir çəngə ot atdı.Baratın yoldaşı Sadat toyuqlara dən atdı.Barat gördü ki, sərçələr toyuqların dənini yeyir ,onlara balaca daş atdı ,qovdu, sonra bağlı saxladığı itin yanına getdi,əlindəki sümükləri onun qabağına atdı...

Sonra Barat kişi əllərini yuyub,məhrəbayla qurulayıb,,keçib qapılarında tut ağacının altında qoyulmuş dəmir stolun arxasında əyləşdi.Arvadı Sadat ona bir stəkan çay süzüb gətirdi,Barat kişi adəti üzrə stəkana bir xırda qənd atdı,qarışdırdı, içməyə başladı..

Sadat arvad xəmir q-atdı,acımağa qoydu..

Bu zaman evlərinin yanındakı yolunan gedən bir atd(l)ı Barat gilə səsləndi:

-Ay ev yiyəsi,ay ev yiyəsi..

Barat kişi hay verdi:

- Heey..

Atd(l)ı :

- Bir stəkan suyunuz olar? Ciyərim yanır.

Barat kişi:

- Gəl ay atdı,atını sür qapıya - dedi.

Atdı atını sürdü qapıya, Barat kişinin təkidiylə atdan düşdü,atını dirəyə bağladı.

Atdı stolun arxasında Barat kişi ilə üzbəüz əyləşdi. Sadat arvad su quyusundan su çəkdi,qonağa bir parç su verdi.

Barat kişi ayağa qalxıb ,atın yan yörəsinə keçdi,at şıllaq atdı.Barat kişi geri çəkildi,qonaqdan soruşdu:

--Bu necə atdı?

Qonaq :

- Atım nə Qır- atdı, nə Boz- atdı, nə Dür- atdı, sadəcə kəhər atdı,yorğa atdı- cavab verdi.

- Mənim atım ağ atdı,kövşəndədi, çidarlamışam .Kənd kişisininki atdı.At elə kənd adamı üçün nəqliyy-atdı,at mur-a(d)tdı. Hardan gəlib hara gedirsən?

Qonaq:

-Zorkənddən gəlirəm,atı nallatdım, evə qayıdıram.Təzəkənddənəm- cavab verdi.

Barat kişi:

-İsmin nədi?

Qonaq:

- Atd(l)ıxandı. Sənin adın nədir?

Barat kişi:

-Adım Bar-atdı.

Atdıxan:

-Uşaqlarıın var?

Barat kişi:

- Bəli var,iki qızım var ,ailəlidirlər, kənddə yaşayırlar.Bir oğlum var yaşadığı yer Cor-atdı,kirayədə qalır,iş yeri Zabr-atdı.Yaxınlarda Bakıdan ev alacaq- dedi.

Atdıxan:

- Mənim də bir qızım var,kənddə yaşayır,ailəlidir.

Oğlum " novostroykada" ev alıb.Bir az mal- qoyun s-atdı,mən də kömək elədim,özü də pul toplamışdı.

Bir ay bundan əvvəl toyu oldu,Bakıda şadlıq sarayında.Arvadla mən çox sevindik ki,oğlumuz subaylığın daşını atdı.Həə..

Toyda bir nəfər çox oynayır,şənlənirdi, Oğlumdan soruşdum : " bu kimdi?" .Dedi : " qağa,bu dostumdu, qardaşdı, "br-atdı".Toyun sonunda gəlin gül atdı.Gəlinin anası gülü tutdu.(gülür).Oğlum dedi ki,gəlinin anasının əri ölüb,subaydı( yenə gülür).

Toy şəkillərini oğlum bacısının telefonuna göndərdi,cavanlar demiş telefonuna atdı.Biz də baxdıq.

-Allah xöşbəxt eləsin.Mənim oğlumun bir uşağı var,oğlan uşağı ,adı Su-atdı.Allah sənə də oğul nəvəsi qismət eləsin.

- Gəlinimin atası ləzgidi.Gəlinimin adı Seic- atdı. Arvadın adına yaraşır.Arvadın adı Hürz- at(d)ı.Seicat,Hürzad....

- Arvadının adı Sad-atdı.Gəlinim t-atdı,Qubadandı.Adı Dilş- at(d)ı.

Barat kişi əlini cibinə atdı ki,siqaret çıxarsın,gördü yoxdu.Arvadına səsləndi.Arvadı siqaret qutusunu ərinə atdı.Barat kişi siqareti yandırdı,yanmış kibrit çöpünü külqabına atdı

Söhbətə davam elədilər.

Barat kişi başladı:

- Bir həftə öncə nəvəm Suat bizdəydi. Mənə top atdı. Dedi: "baba,top- top oynayaq." Oynadıq.Yıxıldı,dizini qan-atdı,barmağına da tikan b-atdı. "Qarabağa" azarkeşlık edir,necə deyirlər fan-atdı.

-Allah saxlasın .Mənim qız nəvəm,adı Səməddi. Çox şuluq uşaqdır.Beş yaşı var.Onlara gedəndə dedi: " baba,gəl dalaşaq" Mənə yumruq atdı,sillə atdı,badalaq atdı,kəllə atdı.

Sonra dedi: " baba ,bu zaraf-atdı."

- Qardaş,həə,Allah bütün nəvələri,balaları qorusun.

Həy- atdı. Baxırsan birinin üzü gülür,biri ağlayır.Kəndin bir başında toy- büs-atdı,o biri başında yasdı. Əlbəttə toyunku şənlənməkdi, yaşın ki, duadır, salav-atdı.

-Toy- büsat dedin,yadıma düşdü.O günləri qızım mənə bir şeir oxudu. Əzbərlədim.Nurəddin Mənsur yazıb:

"Bir sarsağı bir quyuya daş atdı,

Kədər gəldi,toy- büsatı yub-atdı .

Kimdən sorsan,deyəcək ki,bab-atdı,

Bu dünyada yaxşı olmaq çətindi"

- Bəli,indi yaxşı olmaq çox çətindir.Amma çalışırıq ki,olaq.

Adam var,görürsən başqasının " bostanına daş atdı".Ona- buna söz atdı.Onu - bunu ald-atdı,atdı...

-İndi Vallah kim kimə atdı ...

- Şükürlər olsun oğlum da,kürəkənim də ,hər ikisi siqareti də,içkini də atdı.

-- Mənimkilər əvvəldən çəkməyiblər, içki içməyiblər..

-- Bayaq toydan danışdıq.Yadındadı ,şabaş atmaq dəbdə idi.Bir də görürdün kasıbın biri bənsəbənsə şabaş atdı.Sonra siyahıya,dəftərə yazılmağa pulu qalmadı.

- Bizdə ,oğlumun toyunda " pulyazan" yox idi. Pul yazdıranlar pulu paketə qoyub ,qutuya atdı.

-İndi əvvəlki vaxtlar kimi pulu kassir paylamır.Paylayırdı,hərədən də məbləğdən asılı olaraq bir,üç,beş manat saxlayırdı.

İndi kassir bankom-atdı,adamdan pul "tutmur"(gülür)

-Şəhərdə gəlinim zibili həyətdəki zibil qutusuna atdı.Yaxşıdır əlbəttə.Amma bir də görürsən kimsə balkondan tolazladı, atdı .Tək - tək olsa da,belələri də var.

- Yadıma düşdü.Mən o dəfə şəhərə gedəndə uzun illər görmədiyim bir tanışımla rastlaşdım.Özünü üstümə elə atdı,kövrəldik.Təsəvvür elə də..

Araya sükut çökdü.Artıq yükəndiyindən İşıq sayğacında avtomat atdı .Barat kişi nasazlığı tez aradan qaldırdı.

Ocağın üstündə xörək qazanı qaynayırdı. Sadat arvad xörəyə duz atdı.Samovara od atdı,qayn-atdı.Sonra xəmiri kündələdi, təndirə üzüm şaxlarından atdı,təndiri qaladı.

Barat kişi:

- Atdıxan kişi,çörəyimiz var,boy-atdı.Arvad təzə çörək bişirir,xörək də hazır olacaq.Nahar eləməmiş səni buraxan deyiləm- dedi.

--Əşi ,niyə zəhmət çəkirsən? Evə gedirəm də..

-- Yox,qonağı ac buraxmaq olmaz...Ehh, yadıma gənclik illərimiz düşür.Uşaqlar necə tez boy atdı..

-Ağac da əksən,tərəvəz də,yaxşı qulluq göstərərsən ,bir də görərsən boy atdı.İnsan da elə...

-- Xatirələr məni keçmişə atdı.Yadıma bir hadisə düşdü.Qonşunun oğlu qoza selbə atdı.Selbə qozdan sonra yolunan gedən bir nəfərə dəydi.Həmin adam şikayət elədi.Oğlan on beş sutka y-atdı. ..

- Bizdə biri sapanda daş qoyub atdı.Daş kəndçimizin eşşəyinin gözünü çıxardı.Şikayət eləmədi.

- Eşşəkdən söz düşmüşkən deyirlər ki," eşşək palçığa b-atdı ,bir daha ordan getməz".Amma adamlar var eyni səhvi dəfələrlə təkrarlayırlar.

Bu zaman sirzəmidən guppultu gəldi.

Barat kişi:

- Narahat olma ,arvad xiyar bağlamışdı,yəqin balonlar atdı.- dedi.

Atdıxan kişi:

- Yadıma bilirsən nə düşdü?Qızım gildə olanda gördüm ki,qoyunların qabağına çıxmaq üçün kürəkən uşaqlar arasında püşk atdı.

-Ay səni.Mən də yadıma düşmüşkən deyim.Toyiqlarımızdan ikisi gedib qarışıb qonşunun toyuqlarının içinə.Qonşuya dedim.Daş atdı,başını tutdu,and-aman elədi,dandı.O qonşum başdan ç-atdı.

- Mənim bir qonşum da Bakıya köçdü,"gecəqonduda" yaşayır.Evini su qimətinə s-atdı.O biri qonşu onun torpağından bir az öz torpağına q-atdı.

- Bizim kənddən də Bakıya köçən çoxdu.Evlərin qapısında kilid pas atdı.

- Acınacaqlı vəziyyətdir.Hər şey var, torpaq,qaz, işıq,asfalt yol...amma şəhərə axışırlar.

- İndiki gənclərin əksəriyyəti kənd evlərini bəyənmir,hündürmərtəbəli binalara qaçırlar.Nə qədər insan doğma kəndini ,ocağını atdı...

- Bir problem də var indi.Yeniyetmələrə ,gənclərə söz demək olmur.Zənnimcə bu psixoloji problemdir.Mən bir hadisənin şahidiyəm.Atası on yeddi yaşlı oğlunu danladı.O özünü onuncu mərtəbədən yerə atdı.

- Uşaqların meyvələri yeməmələri ,yaxud az yeməkləri də bir problemdir.Nəvəm Suat bizdə olanda neynirdim, meyvə yemirdi.Bilmirəm " cipsidir" nədir,nəmənədır, ondan aldırırdı.Yediyi bir də mağaza toyuğunda qan-atdı, sonra sal-atdı.Kənd toyuğunu yemir, deyir ki,ondan iy gəlir.

- Sözə baxmır uşaqlar.O günü kənddə bir uşaq valideynlərin gözündən yayınıb,çayda düzəltdikləri balaca göldə çiməndə b - atdı,çıxardılar,şükür salam-atdı.

Bu zaman təlim keçən əsgərlər top atdı.

Atdıxanla Barat söhbətlərinə davam etdilər.

- Məni daha çox bayaq dediyimiz kimi əyalət kəndlərimizin boşalması narahat edir.Elə qızlarım da Bakıya köçməyə hazırlaşırlar.Kənd- kəsəyi o atdı,bu atdı...

-- Yaxşı suyu,qazı, yolu olmayan kəndləri tutaq ki,başa düşdük.Bəs hər cür şəraiti olan kəndlərdən niyə köçürLər.??Bu məncə faciənin başlanğıcıdır.Başa düşürəm ,amma bizim də pensiyamız azdır,cəmisi .....man-atdı. Amma kənddə qalıb,kənddə yaşayıb ,burda da. öləcəyik.. ....

.....Sadat arvad süfrə açdı.İsti təndir çörəyi,bozbaş,göy- göyərti,atlama....

Barat kişi dedi:

- Əvvəl çörək bişirəndə ətri bütün kəndi götürərdi.Indi...

-- Yoxdu əvvəllər olan daddan,o. tamdan- dedi Atdıxan.

.....Yedilər,içdilər kişilər, halal çörək kəsdilər..

Yeni dostlaşan yaşlı insanlar qucaqlaşıb,ayrıldılar.Atdıxan kişi Barat kişini arvadı Sadatla evinə dəvət etdi.

Atdıxan kişi ayağını üzəngiyə qoyub atın belinə qalxdı..Atı da kəhərdi, yorğa atdı...Yol aldı evinə....

Barat kişi Atdıxan kişinin dalınca bir dolça su atdı...

Barat kişinin yuxusu gəlirdi.Özünü divanın üstünə atdı,başını atdı,yuxuya getdi,y- atdı.Arvadı Sadat Barat kişinin üstünə yorğan atdı.