Elnur Uğur Abdiyev : QAYITDI

Ədəbiyyat 13:48 / 02.10.2023 Baxış sayı: 5705

Millət Vəkili Qənirə Paşayevanın ruhuna ehtiramla!

 

Bəlkə,qəlbən deyildi

Duam da boş qayıtdı.

Gözümüz quru getdi,

Dönəndə yaş qayıtdı.

 

Sən tələsdin,ya zaman?

Amansız oldu aman.

Tanrının dərgahından

Bir quru "kaş" qayıtdı!

 

Haqqın meyindən içdin,

Keçdin, körpüdən keçdin.

Xalqa həqiqi elçim,

Haqqa yaddaş qayıtdı.

 

Ha açdım Allaha əl,

Səndən gen dursun əcəl.

Əcəl vermədi macal,

Sevdam naxoş qayıtdı?

 

Gözlər gözümdə gözlər,

Qayıdacaq əzizlər!

Neçə sevdiyim üzlər,

Gözümə daş qayıtdı.

Bir 7 nəfər şəkili ola bilər