Əlirza HƏSRƏT - DOLAN BULUD

Ədəbiyyat 10:40 / 11.11.2026 Baxış sayı: 458

 

Gözəl bulud,nə dolubsan,

Sən ağlama,mən ağlayım.

Ovcunu tut göz yaşıma,

Beləcə,dən-dən ağlayım.

Sığışmıram Yerə,Göyə,

Könlüm dönüb sınıq neyə.

Səsim sənə çatsın deyə,

Bir az hündürdən ağlayım.

Yel öpür çılpaq budağı,

Qaçır payızın dodağı.

Sevib güvəndiyim dağl,-

Aldı duman-çən,ağlayım.

Köçən quşların hüzünü,

Bürüyübdür Göy üzünü.

Dolan bulud,sil gözünü,

Qoy belə hərdən ağlayım