Əli Hacı Ağaevli -OLMADI
Baxdım göy üzünə,yerim olmadı
Dünya gözəldir dedilər,şeirim olmadı !
Çıxdım haqq yoluna,düzüm olmadı
Geriyə dönməyə,üzüm olmadı !
Bu bazar içində alım olmadı,
Yoxdan söz yaratdım,alim olmadım!
Yandım ocaq kimi,külüm olmadı
Daha boy atmağa könlüm olmadı !
Həsrətdən vüsala yolum olmadı,
Qaçdım ayrılığa,ölüm olmadı !