Əbülfət Mədətoğlu  : - Bəlkə...

Ədəbiyyat 13:35 / 04.08.2024 Baxış sayı: 3957

.

İlahi, bu gecə də

Sevgi izi görünmür...

Uçur köhnə divarlar -

Təzəsisə hörülmür...

 

Yeri öpür gözlərim

İzinin dadı üçün...

Sıralanır sözlərim -

Bir qızın adı üçün!..

 

Yaddaşıma güc düşür,

Əsir ruhun dodağı...

Mehə yellənçək olur -

Bir sevginin otağı!..

 

...Çox uzaqdan bir kölgə

Gözümü çəkib aldı....

Düşündüm ki, bu bəlkə -

Ruhum "Bəlkə"-də qaldı!