Dəyanət Osmanlı : - Yoruldu ayaqlarım

Yoruldu ayaqlarım
əyildi boynum
gözlərimin ağırlığından
lampanın üzü gülür
mən yatandan sonra
yəqin tələf olacaq.
Eşikdə qızılgüllər xınalı
ölür öz qoxusundan
quşların nəğməsindən
dəlmə-deşikdi səssizlik
xırda otlar göyərmədən quruyur
dilli-dilavər qızılgüllər qarıyır.
Varağın üstündə
ağaclarla şeirlər
qarışmış bir-birinə
tavandan özünü asmış hörümçəklər
istəkli ruhların qəlbi döyünür
istəkli gecələrdə.
(1996)