Behruz Nifteliyev  : - RÜZGAR GÜLÜ...

Ədəbiyyat 09:53 / 06.12.2023 Baxış sayı: 1012

 

Elə bitmisən ki, yoxluğun belə yoxdu,

Bilirsən "əzizim" səni düşünmək, sənə

toxunmaq , yox olmaqdır,

Səni unutmaq belə çoxdu!

Heçləşmisən....

Sevgim rüzgar gülü idi,

Pərlərini sən əzmisən , sən deşmisən!

Eşitmisən?

Tanrı da bağışlamır bəzən !

Gözlərimdə elə keçmisən,

İşıqlar da yalan olub ...

Yanımdasan, yadımdasan

Uzaqlar da yalan olub

Yadım da SƏN !

Bilməsən də

qalxan oub , qalan olub bu ürəyim.

Yarıda sən....

yaramda sən !

İndən belə yarıdasan

faydası yox !

Yoruldusa ruhum , dinməz

Cənnətimi yaradasan

Faydası yox

Heçləşmisən...

Sevgim rüzgar gülü idi,

Pərlərini sən əzmisən , sən deşmisən!

Eşitmisən?

Tanrı da bağışlamır bəzən !

06.12.23