Xəyalə Sevil - Gözüm açıq qalıb sənə...
Ədəbiyyat
08:46 / 08.09.2025
Baxış sayı: 3345
Gözüm açıq qalıb sənə,
Gözümü qarət edirəm.
Öldürüb ümidlərimi,
Sonra ziyarət edirəm.
Susub atdım dodağımdan,
Kiçiltdim içimdə səni.
Həzin bir xatirə kimi,
Gətirdim köçümdə səni.
Heçmi sevmədin məni?...
Əlim üzümün yasında.
Səni hər gün öldürürəm,
Başqasında... Başqasında...