Xatirə Rəhimli - Qoymadım
Qoymadım ürəyim kəpənək kimi,
Belə güldən-gülə qonsun,qoymadım.
Hər yanda bir azca səadət tapıb
Hər oda bir azca yansın,qoymadım
Axdı göz yaşlarım bir varın üstdə,
Bir əhdin ,bir andın,ilqarın üstə.
Alınmış bir yalnış qərarın üstə
Ürəyimi sönüb donsun, qoymadım...
Getmədi eynimdən ,getmədi o büst,
Çünki əhdim dürüst,ilqarım dürüst.
Həsrəti etsə də ömrümü alt-üst,
Qoymadım vüqarım sına,qoymadım.