Xatirə Rəhimbəyli - Yox,hələ ölməyə tələsmə,dostum ...

Ədəbiyyat 08:55 / 08.09.2025 Baxış sayı: 3126

Yox,hələ ölməyə tələsmə,dostum ,

Hayqır bu dübyaya ,hayqır hələ ki...

"Dövranın çevrilmiş tiyanı altda ,

İlahi sevgilər yaşayır !" de ki...

 

"Çəkilib içinə qısılıb hamı,

Hamı öz-özünə dustaqdı "--denən

"Hamı sahillərdə boynuburuqdu ,

Etibar körpüsü küstahdı "--denən .

 

Namərd körpüsüdü tərs badalaqlar ,

Sevda cəhənnəmdi,düşən qayıtmır.

Şirin canımızı bu gidi dünya

Çeynəyir ,tüpürür ,döşünə yatmır .

 

...Gizlədə bilmirəm qanadlarımı,

Hər görən soruşur :" Bu qunduz nədir ?"

Bir ömrü bir eşqə qurban vermişəm ,

Hayqır bu dünyaya bu cəsarəti .

 

Yox,hələ ölməyə tələsmə,dostum ,

Hayqır bu dünyaya ,hayqır hələ ki...

"Dövranın çevrilmiş tiyanı altda ,

İlahi sevgilər yaşayır! " de ki...