Xatirə Rəhimbəyli - Həyat elə gedib-gəlib

Ədəbiyyat 08:44 / 05.11.2025 Baxış sayı: 936

Həyat elə gedib-gəlib

Ürəyinə toxunur.

Sənə yazılan nəğmələr

Özgələrə oxunur...

Sən necə bəxtdən -taledən

 

Belə küsüb yaşadın?

Bu qədər intizara

Necə dözüb yaşadın?!

Həmişə buludda qalan

 

Günəş üzün nəm çəkib.

Sevincə yaraşan qəlbinə

Hansı insafsız qəm çəkib?

Qoyma qəlbinə dəysin,

 

Sənin bir telin çəkisi

yükü çəkə bilməyən.

İçindəki həsəd adlı

İpi çəkə bilməyən...

 

Sən dərdini unut,canım,

Dəyərini unutma!

Ucalardan-uca könül,

Özünü ucuz tutma.