Xatirə   Rəhimbəyli : -  Dua

Ədəbiyyat 16:50 / 11.11.2024 Baxış sayı: 839

 

 

Sındım!.. Yanımda elə

Görünür yerin,ALLAH.

Məni sındıranların

Gözünə görün,ALLAH!

 

Məni uşaq saxladın

Qoymadın ki böyüyəm.

Hamını aldın əlimdən,

İndi özün ol yiyəm!

 

Ürəyin hər qırılanda

Çəkdiyi bir ahı var.

Atalının atası,

Yetimin ALLAHı var!

 

Hamının xoşuna gəlir,

Şirin uşaqdı payım.

Hamı ahımı alır,

Sənə çatmır harayım?..

 

Qoymadın ki,qarala,

Fikrimi ağ saxladın.

Di yiyəm ol,İlahi,

Məni uşaq saxladın.

 

Sındım...Yanımda elə

Görünür yerin,ALLAH!

Məni sındıranların,

Gözünə görün,ALLAH!!!