Xəyalə Sevil - Əllərim üşüyür

Gündəm 08:30 / 07.08.2025 Baxış sayı: 2344

 

 

Mən özüm “ayrılaq” demişdim onda,

Mən özüm bilirdim belə olacaq.

Uçuq daxma kimi damır gözlərim,

Hələ nə olub ki, hələ olacaq.

Ağladım, gözümü dəniz etdim ki,

Mən sənin sevgini boğum, boğulmur.

Hər axşam gözümə düşən gecəyə

Həsrətin doğulur, yuxum doğulmur.

Soyunum gözümdən göz yaşlarımı,

Göndər ümidini geyim, barışaq.

Axı nə bəhanə tapım görəsən,

“Əllərim üşüyür” deyim, barışaq?