Vahid Paşayev  : O yazı  varsa...

YAZARLAR 08:25 / 07.05.2024 Baxış sayı: 959

...Alın yazısına inanmıram mən.O yazı varsada müəllifini kənarda axtarmaq əbəsdir.Yazan biz özümüz,öz əlimizlə,əməlimizlə,düşüncələrimizlə,xəyalımızla heç kimə məlum olmayan əlifba ilə və heç kimin oxuya bilməyəcəyi hərflərlə yalnız özümüzün başa düşəcəyi dildə yazırıq.Əfsuslar olsun ki,olacaqları əvvəlcədən yox,yaşadıqdan sonra həkk edirik alnımıza.

Həyata qədəm qoyan gündən nələr çəkmir başımız?Sabah nələr çıxacaq qarşımıza,bilmirik,bu yaradanın bizə lütfüdür.Yaxşı ki,bilmirik hansı körpüdən keçsək sel aparmaz bizi.Yaxşı ki,bilmirik Bilsəydik,dünya bir anın içində dağılardı.Yaxşı ki,axara qoşulub dövran sürürük.Yaxşı ki,hər kəsə ayrı-ayrı ölçüdə- biçidə ayrılan dövranın şirini,acısı qəflətən haqlayır bizi.Yaxşı ki,hansısa qüvvə az qisim fərdləri çıxmaq şərti ilə acıları,şirinləri bizə eyni ölçüdə paylayır.Acıları yaşamayaq,qarşımıza çıxanlar ürəyimizcə olsun!