Təranə Məmməd - ZƏFƏR GÜNÜMÜZ

YAZARLAR 07:01 / 08.11.2025 Baxış sayı: 1176

Tariximizə qızıl hərflərlə yazılan Zəfər günümüzü qeyd etməyimizə saatlar qalıb.

İşğalçı erməni separatçıları ilə mübarizənin yekun nöqtəsini qoyaraq Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdik. Bu il bayramlar bayramı olan Zəfər bayramını xüsusi qürur hissi ilə qeyd edirik.

Qarabağımız tam azaddir!

Biz Azərbaycanlı olaraq oğullar verib işğaldan azad edilmiş torpaqlarımızı geri almaq qədər ucala bildik.

O oğullar ki, ölümə qalib gəlib ölməzliyə qovuşdular. Şəhid ucalığına yüksələnlərin ruhu şad olsun. Zəfəri yaralı, sağlamlığını itirərək qarşılayan qazilərimiz var olsunlar.

Vətənimizin ən fədakar, ən dözümlü, ən etibarlı qadınları -şəhid anaları, şəhid bacıları, şəhid sevgililəri var olsunlar!

30 il ərzində nə yazdımsa hamısında bir cümlə də olsa Qarabağdan yazdım ki, unudulmasın. 30 il həsrətlə ata-babamın torpağına həsrət qaldım.

Bəzən əlacsızlıqdan,acizlikdən, çarəsizlikdən ağladım...

Ancaq bir gün də ümidimi itirmədim. Bilirdim ki, Qarabağ Azərbaycandır və bu əvvəl axır belə olacaq. Oldu da!

Ali Baş Komandanımızın yüksək taktika və strategiyaya malik orduya başçılığı və ağıllı, savadlı, müdrik xarici siyasəti nəticəsinsə nəinki Azərbaycanda bütün regionda sülh, əminamanlıq bərqərar oldu.

Cinayətkar ünsürlərin bir çoxu layiqli yerlərinə -DTX nın təcridxanasına yerləşdirildi.

Ən möhtəşəm bayramımız mübarək olsun!

Xalqımız bundan sonra ancaq qurub yaratmaqla, işğaldan azad edilən torpaqların bərpası ilə məşğul olsun!

Zəfər bayramımız mübarək!