Təbrizlilər Azərbaycan konsulluğu önünə toplandı

DÜNYA 14:51 / 28.01.2023 Baxış sayı: 2314

Güney azərbaycanlılar yanvarın 27-də Təbrizdə Azərbaycan konsulluğu qarşısında dəstək aksiyası keçirib.

BUTA.TV xəbər verir ki, polis aksiyaya gələnlərə mane olsa da, soydaşlarımızin bir qismi konsulluğun qarşısına toplaşaraq, Azərbaycanı dəstəklədiyini bildirib, Tehranda Azərbaycan səfirliyinə edilən xain hücumu pisləyən şüarlar səsləndirib.

Onlar konsulluğun qarşısında "Yaşasın Azərbaycan" şüarları ilə bir daha fars-irançı siyasətinə qarşı öz nifrət və qəzəbini bildirib.

Yanvarın 28-i axşam saatlarında Təbrizdə Azərbaycana növbəti dəstək aksiyasının keçirilməsi ilə bağlı çağırışlar var.

Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.