Tahir Rzayev, millət  vəkili "Ailədə tərbiyə  düzgün qurulmalı, məktəbdə davam etdirilməlidir."

HÜQUQ 14:02 / 21.08.2025 Baxış sayı: 6647

 

"Yeniyetmələr arasında cinayət xarakterli əməllər nəinki Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində artıb. Təkcə ABŞ-yə nəzər salsaq, görə bilərik: məktəbli silahla öz yoldaşlarına hücum edir, digəri ictimai yerdə insanlara xəsarət yetirir. Belə hallar çoxdur. Amma bunların Azərbaycanda baş verməsi, əlbəttə ki, təəssüf doğurur. Bu da tərbiyənin lazımi formada verilməməsindən irəli gəlir".
Bununla bağlı  fikirlərini  mətbuatla  bölüşən millət  vəkili  Tahir Rzayev  bildirib ki, son illərdə DİN, ictimaiyyət nümayəndələri bu sahədə çox ciddi işlər aparırlar:

"Daimi olaraq məktəblərdə cinayətkarlığa qarşı, narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər keçirilir. Lakin bu gün sosial şəbəkələr xüsusən gənclərin psixologiyasına təsir göstərir.

Bütün ictimaiyyət bununla mübarizə aparmalıdır. Ailədə tərbiyə məsələsi düzgün qurulmalı, məktəbdə davam etdirilməlidir. Yeniyetmələr arasında baş verən bu hallar bizim hamımızı düşündürməli və bundan çıxış yolları axtarılmalıdır".