Tahir Rzayev, millət vəkili - "32 ildən sonra  sakinlərin Kəlbəcərə  qayıdışı qürurvericidi".

HÜQUQ 10:28 / 27.08.2025 Baxış sayı: 6654

"32 ildən sonra Kəlbəcər sakinləri öz doğma yurd-yuvalarına qayıdacaqlar, xoşbəxt bir həyat yaşayacaqlar"

Yenises.az  xəbər  verir ki, bunu millət  vəkili Tahir Rzayev deyib. Millət  vəkili  vurğulayıb ki,  cənab Prezident öz çıxışında Kəlbəcərin işğalından və işğala səbəb olan amillərdən geniş bəhs etmiş və bunu bir xəyanət adlandırmışdır, çünki Kəlbəcər o dövrdə strateji bir mövqe idi və Kəlbəcərin işğal altına düşməsi Azərbaycan torpaqlarının geniş miqyaslı işğalına imkan yaratdı: “Cənab Prezident həm də öz çıxışında bildirmişdi ki, artıq biz müharibədə qalib gəlmişik və 32 ildən sonra Kəlbəcər sakinləri öz doğma yurd-yuvalarına qayıdacaqlar, xoşbəxt bir həyat yaşayacaqlar. Həm də bildirdi ki, biz qururuq, yaradırıq. Biz sülhün tərəfdarı, təhlükəsizliyin tərəfdarıdır. Bu istiqamətdə əlimizdən gələn hər bir şeyi edirik. Prezident Ermənistanla münasibətlərə də toxundu və qeyd etdi ki, Ermənistanla sülhün təmin olunması, sülh müqaviləsinin bağlanması istiqamətində gedən işlər düşündürücüdür və gələcəyə doğru çox inamlı addımlar atılıb. Bu addımların təmin olunması Cənubi Qafqazda sülhün, demokratiyanın, təhlükəsizliyin bərpa edilməsidir. Cənab Prezident onu da bildirdi ki, biz heç bir dövlətin diktəsi ilə işləmirik, özümüzün müstəqil siyasətimiz və müstəqil yolumuz var, heç bir qüvvə bu yoldan bizi döndərə bilməz”.

Söylədiyi  fikirlərin sonu kimi, “Kəlbəcər səfəri çox uğurlu bir səfər oldu. Əlbəttə ki, bu səfər ölkə rəhbərinin amalları, onun qoyduğu məqsəd qürurvericidir və Azərbaycan vətəndaşlarının gələcək inkişafına, ölkənin tərəqqisinə, dünyada sülhün bərpasına xidmət edir”-deyə Tahir Rzayev bildirib.