Tahir Rzayev, komitə sədri : - " Dinamik yerdəyişmə uğurlu siyasətdir."

HÜQUQ 10:20 / 18.11.2025 Baxış sayı: 2029

Artıq  məlum olduğu  kimi ötən həftə Prezident İlham Əliyev  bir sıra vacib təyinatlar edib. 

Dövlət başçısı yeni təyin olunan məmurları qəbul edərkən onlara bir sıra tapşırıqlar verib. Prezident vurğulayıb ki, əsas məqsəd xalqa xidmət olmalıdır.

Yenises.az bildirir  ki ,  bununla  bağlı   Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğulayıb ki, Prezident İlham Əliyevin tutduğu dinamik yerdəyişmə uğurlu siyasətdir.

"Məqsəd təcrübə toplamış icra başçısının bacarığından istifadə edərək digər rayonların rifahını yüksəltməkdir. Bu yolla regionların sosial-iqtisadi inkişafına töhfələr verilib. Yerdəyişmə cəmiyyət tərəfindən də müsbət mənada qavranmalıdır”, - o qeyd edib.

Komitə sədri vurğulayıb ki, icra başçısı postundakı şəxs elə bir səlahiyyət daşıyır ki, o insanlarla daimi ünsiyyətdə olur. Sakinlə birbaşa təmasın qurulması sosial tələbatın qarşılanması üçün mühüm faktordur.

T.Rzayev bildirib ki, etimadı doğrultmayan icra başçılarının vəzifədən azad edilməsi qanunauyğundur.  “Vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar tutduğu mövqedən uzaqlaşmalıdır. İndi tələb böyükdür. İnsanların qayğısına qalmaq lazımdır”.

Cəzalandırılmış icra başçıları barədə fikir bildirən deputat qeyd edib ki, heç bir insan nöqsansız deyil. Məsələ nöqsanın böyük və ya kiçikliyindədir, hansı fəsadlara yol açdığındadır: “İcra başçısı bu gün görüləsi hər hansı bir işi sabaha saxlayıbsa, bu, başa düşüləndir. Vəzifədən səlahiyyətlərini aşma və sui-istifadə halları isə böyük nöqsandır, bir çox halda cinayət xarakteri alır”.