Sədaqət Kərimova - KİMİ
Mən rahatlıq axtarıram,
Sərin suya təşnə kimi,
Uzaq, qumlu bir səhrada
Tapılmış saf çeşmə kimi.
Mən sakitlik axtarıram,
Doğma, isti qucaq kimi.
Sakitliksə qaçır məndən
Nadinc, dəcəl uşaq kimi.
İtirmişəm dincliyimi,
Dinclik düşüb məndən uzaq.
Çöldə yayın cırhacırı...
Qəlb evimdə şaxta, sazaq...