Saqif Qaratorpaq - Unutdummu bilmirəm
Ədəbiyyat
10:31 / 22.08.2026
Baxış sayı: 1186
***
Unutdummu bilmirəm,
düşüb itdimi yaddaşımdan
xatirələr.
On yedddi yaşındaydın
onda...
Xatırlaya bilmədim,
surətin itdi bir anlıq
masmavi dumanda.
Elə qorxdum ki
səni unutmaqdan...
üşüdüm,isti otaqda,
Alnıımda soyuq tər...
Xəyalım qırılmış boyunbağı,
göz yaşı kimi
buz mirvarilər.
Qurumuş cökə kimi
asılıb qalmışam
gecənin boynundan.
Gözləmə yolumu
əlləri qoynunda,
gələn deyiləm...