Saqif Qaratorpaq -Səni axtardım...
Ədəbiyyat
20:50 / 07.11.2025
Baxış sayı: 944
Səni axtardım,
tapmadım,
bəlkə yoxsan hələ?
Sonra gələcəksən,
ayaq izimdən
biləcəksən
getdiyimi.
mən də
gedənlərdən biri,
qayıdan deyiləm geri...
Xatirəm-sənə təsəlli.
...Tələsmə,
sonsuzdu zaman,
bir çinar kölgısində
dayan.
Gördünmü?
yanındayam.